Dəmiryol daşımaları artıb

post-img

Bu ilin ilk ayında ölkəmizdə dəmir yolu nəqliyyatı ilə 1,5 milyon ton yük və 713,7 min sərnişin daşınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə ötən ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 9,6 faiz, sərnişin daşınmasında isə 14,6 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 436 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 19,3 min ton, qərb istiqaməti üzrə 3,2 min ton, cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Xatırladaq ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ildə 18,5 milyon ton yük, 8531,2 min sərnişin daşınıb. 2023-cü illə müqayisədə yük daşınmasında 1,4 faiz, sərnişin daşınmasında isə 18,7 faiz artım müşahidə olunub.

 

İqtisadiyyat