Azərbaycanda elektromobillərin sayı artıb

post-img

Son illər ölkəmizdə elektrik mühərriki ilə işləyən avtomobillərin sayı sürətlə artır. Bu tendensiya 2024-cü ildə də davam edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu il yanvar ayının 1-nə Azərbaycanda elektrik mühərrikli minik avtomobillərinin sayı 5941 ədəd təşkil edib. Bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən xeyli çoxdur. Xatırladaq ki, 2024-cü il yanvarın 1-nə ölkədə 3115 elektromobil olub.

Yeri gəlmişkən, ötən il Azərbaycana, ümumilikdə, 91,8 min ədəd nəqliyyat vasitəsi idxal edilib ki, bunun da 3027 ədədi elektromobil, 26 min 197 ədəd isə hibrid nəqliyyat vasitələri olub.

İqtisadiyyat