178 min belə subyekt uğurla fəaliyyət göstərir
Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2025-ci əvvəlinə Azərbaycanda 178 min mikrosahibkarlıq subyekti (ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 min 171 ədəd və ya 6,7 faiz çox) fəaliyyət göstərir.
Hesabat dövründə ən çox mikrosahibkarlıq subyekti Bakı şəhərində qeydə alınıb. Belə ki, şəhərdəki mikrosahibkarlıq subyektlərinin sayı 122 min 269 ədəd olub. İkinci yerdə Abşeron–Xızı iqtisadi rayonu (12 min 178 mikrosahibkarlıq subyekti), üçüncü yerdə isə Lənkəran–Astara iqtisadi rayonu (6 min 574 mikro sahibkarlıq subyekti) yer alıb.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında 1538, Dağlıq Şirvan iqtisadi rayonunda 1826, Gəncə–Daşkəsən iqtisadi rayonunda 4 min 380, Qarabağ iqtisadi rayonunda 3 min 984, Qazax–Tovuz iqtisadi rayonunda 3 min 56, Quba–Xaçmaz iqtisadi rayonunda 3 min 908, Mərkəzi Aran iqtisadi rayonunda 4 min 120, Mil–Muğan iqtisadi rayonunda 4 min 826, Şəki–Zaqatala iqtisadi rayonunda 4 min 475, Şərqi Zəngəzur iqtisadi rayonunda 882, Şirvan–Salyan iqtisadi rayonunda isə 4 min 45 mikrosahibkarlıq subyekti fəaliyyət göstərib.
Qeyd edək ki, mikrosahibkarlıq subyektlərinin 11 min 829-u aqrar sektor, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 10 min 850-si emal sənayesində, 16 min 438-i tikinti, 62 min 278-i ticarət, 13 min 830-u peşə, elmi və texniki fəaliyyət, 10 min 986-sı inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində fəaliyyət göstərir. Ən az mikrosahibkarlıq subyektləri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində fəaliyyət göstərir. Bu istiqamətdə fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin sayı 191-dir.