Nazir müavini: Məhsuldarlığı artırmaq üçün texnologiya yeganə şərt deyil

post-img

Azərbaycanın adam başına düşən ÜDM-i orta gəlirli ölkələrin adambaşına düşən ÜDM ortalamasından yüksəkdir.

Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli “Dünya İnkişafı haqqında Hesabat”ın təqdimatında deyib.

“Azərbaycanda adambaşına düşən ÜDM 7284 dollar səviyyəsindədir ki, bu da orta gəlirli ölkələrin ortalamasından yüksəkdir. İqtisadiyyatın şaxələndirilməsi məqsədilə ilk növbədə ixracyönümlü məhsul istehsal edən sahələrdə stimullaşdırıcı tədbirlər görülməlidir. Biz sənayedə yeni texnologiyaların tətbiqinin daha çox sənaye zonalarında baş verdiyini görürük. Texnoloji inkişaf insan kapitalının inkişafı ilə paralel olmalıdır. Məhsuldarlığı artırmaq üçün texnologiya yeganə şərt deyil. Bu sahədə bilik və və bacarıqların artırılması da zəruridir”, - deyə S.Bəşirli qeyd edib.

İqtisadiyyat