Dövlət Gömrük Komitəsindən aldığımız məlumata görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 2 milyard 444 milyon 41 min ABŞ dolları dəyərində 2 milyon 582 min 836 ton (2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 37,5 faiz və 6,5 faiz çox) yük daşınıb.
Hesabat dövründə dəniz nəqliyyatı ilə 88 milyon 128 min dollar (47,7 faiz az) dəyərində 78 milyon 895 min ton (illik müqayisədə 6,4 faiz çox) yük ixrac olunub. İdxal olunan yüklərin həcmi isə 2 milyon 503 min ton (6,5 faiz çox), dəyəri 2 milyard 355 milyon 912 min dollar (46,4 faiz çox) təşkil edib.