Şərqi Zəngəzura kredit qoyuluşu

post-img

Mərkəzi Bankdan “XQ”yə verilən məlumata görə, ilk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonuna kredit qoyuluşuna başlanılıb. Bu il dekabrın 1-nə kredit qoyuluşu 12,98 faiz dərəcəsi ilə 17 milyon 392 min manat olub. Kreditlərin 16 milyon 695 min manatı milli, 698 min manatı isə sərbəst dönərli valyutada yerləşdirilib.

Qeyd edək ki, 2024-cü ilin dekabrın 1-nə ölkə üzrə ümumi kredit qoyuluşları 27 milyard 4 milyon manat təşkil edib.

İqtisadiyyat