Sənayedə 10 aylıq artım – 2,2 faiz

post-img

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlıq obyektlərində cari ilin yanvar–oktyabr aylarında 53,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda daha sonra bildirilir ki, neft-qaz sektorunda məhsul istehsalı 1,5 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz çoxalıb. Sənaye məhsulunun 64 faizi mədənçıxarma, 30,3 faizi emal, 4,7 faizi elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı sektorlarında istehsal olunub.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 68,4 faiz, avtomobil istehsalı 58,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 30,3 faiz, elektrik avadanlıqlarının istehsalı 29,6 faiz artıb.

İqtisadiyyat