Türk Dövlətləri Təşkilatı “Türkdilli ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması” ilə bağlı sazişin qüvvəyə minməsi ilə bağlı açıqlama yayıb.
“Daha güclü ticarət əməkdaşlığı və nəqliyyat əlaqəsi üçün irəliləyiş addımı” başlıqlı məlumatda deyilir: “TDT 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşü zamanı imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin 2024-cü il noyabrın 29-da qüvvəyə mindiyini elan etməkdən məmnunluq hissi keçiririk”.
Mətndə bu təşəbbüsün gömrük prosedurlarını asanlaşdırmaq, rəqəmsal məlumat mübadiləsini inkişaf etdirmək və tranzit müddətlərini qısaltmaqla Türk dünyası arasında ticarəti asanlaşdırmağı hədəflədiyi vurğulanıb.