Gübrə ixracı çoxalıb

post-img

Cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan ixrac edilən azot gübrəsinin həcmi artıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin 9 ayında Azərbaycan 89,9 milyon dollar dəyərində 408 min 662 ton azot gübrəsi ixrac edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 78,3 faiz (və ya 39,5 milyon ABŞ dolları) və 209 min 954 ton (və ya 105 faiz) çoxdur.

Xatırladaq ki, 2023-cü ilin yanvar–sentyabr aylarında ölkəmizdən 50,4 milyon milyon dollar dəyərində 198 min 708 ton azot gübrəsi ixrac edilib.

İqtisadiyyat