2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycanda 3 min 623 minik avtomobili istehsal edilib. Bu barədə “XQ”yə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin 9 ayında ölkədə minik avtomobillərinin istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1513 maşın və ya 71,7 faiz artıb. Ötən ilin müvafiq dövründə isə bu göstərici 2 min 110-dur.
9 ayda anbarlarda qalan minik avtomobillərinin sayı 93 maşın və ya 18,7 faiz artaraq 590-a çatıb. 2023-cü ilin eyni dövründə isə bu göstərici 497 olub.