Dünya birjalarında neft bahalaşıb

post-img

Dünya birjalarında neft bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,77 dollar artaraq 75,73 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,82 dollar artaraq 71,59 dollar təşkil edib.

İqtisadiyyat