Hər adama 9 ayda 890 manat xidmət

post-img

Cari ilin 9 ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 9068,8 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6827,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.

Cari ilin yanvar–sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 889,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

İqtisadiyyat