Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin yanvar–sentyabr aylarında Azərbaycanda 1752,1 kiloqram qızıl, 2308 kiloqram gümüş istehsal edilib. Hesabat dövründə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artıb, gümüş istehsalı isə 23,8 faiz azalıb.
Qeyd edək ki, 2024-cü il oktyabr ayının 1-nə respublikada gümüş və qızıl üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 663,5 kiloqram və 302,3 kiloqram təşkil edib.