Rusiya ölkəmizə ərzaq ixracını artıracaq

post-img

Rusiyadan respublikamıza süd məhsullarının ixracı yaxın illərdə əhəmiyyətli dərəcədə, 2,5 dəfə artmaq potensialına malikdir.

Bu fikir “Aqroeksport” mərkəzinin məlumatına əsasən, Bakıda keçirilən biznes missiyası çərçivəsində “Süd məhsullarının tədarükünün artırılması potensialı” mövzusunda təşkil olunan “dəyirmi masa”da səsləndirilib. Müzakirədə Rusiyadan Azərbaycana süd məhsullarının ixracının əhəmiyyətli dərəcədə artacağının proqnozlaşdırıldığı bildirilib. Eyni zamanda, Rusiya şirkətlərinin respublikamızın süd və qənnadı sənayesini xammalla təmin etməkdə etibarlı tərəfdaş olması diqqətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında mövcud siyasi əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsir göstərir. Xüsusilə ölkələrimizi bir-birinə yaxınlaşdıran, əməkdaşlığı dərinləşdirən geniş hüquqi bazanın yaradılması və mütəmadi qaydada iqtisadi forum və konfransların keçirilməsi bu məsələdə həlledici rol oynayır.

İqtisadiyyat