Naxçıvan Muxtar Respublikasındakı Ağdərə–Nəsirvaz filizləşmə sahəsində 251 metr dərinliyində axtarış-kəşfiyyat quyusu qazılıb. Bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi layihə əsasında reallaşıb.
Qeyd edək ki, nazirliyin Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2023-cü ilin dekabr ayından Naxçıvan iqtisadi rayonu ərazisində qara, əlvan və nəcib metalların axtarışı, habelə qiymətləndirilməsi işlərinə başlayıb. Bu çərçivədə axtarış-kəşfiyyat quyusu qazılıb. Quyudan götürülən nümunələr üzərində laborator analizlər aparılarq müsbət nəticələr əldə edilib.