Aqrar subsidiya kəndli əməyini stimullaşdırır

post-img

Aqrar Subsidiya Şurası gələn il üçün subsidiya əmsallarını açıqla­yıb. Qurum Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları is­tehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2025-ci ildə bitkilər və regionlar üzrə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının, eləcə də əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən aldı­ğımız məlumata əsasən, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə baza məbləği 200 manat olmaqla 2025-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləğini müəyyən edib. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Ya­şıl dünya naminə həmrəylik ili” elan edil­məsinin, eləcə də bu ilin noyabrında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çağırışları nəzərə alınaraq iqlim dəyişikliklərindən təsirlənən kənd təsərrüfatı sektorunda 2025-ci ildən etibarən sudan səmərəli is­tifadənin və ətraf mühitin qorunmasının dəstəklənməsi məqsədilə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrinə görə 60 manat məbləğində əlavə əkin subsidiyası müəyyən edilib. Eyni zaman­da, bu il sentyabrın 1-dən gələn il mayın 31-dək 1500 tingin əkildiyi tarlaqoruyucu zolaqların hər hektarına görə 1000 manat məbləğində subsidiya veriləcək. 

Aqrar Subsidiya Şurasının qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə müasir suvarma sistemləri tətbiq edilən əkin sahələrində becərilən dənli və dənli paxlalılara görə isə 400 manat məbləğin­də əkin subsidiyası müəyyənləşdirilib. Digər ərazilər üzrə bu məbləğ suvarılan və suvarılmayan əkin sahələri üçün mü­vafiq olaraq 290 manat və 230 manat təş­kil edəcək. Yeri gəlmişkən, gələn ildən etibarən təkrar əkinlərə görə subsidiya yalnız suvarılan ərazilərə şamil ediləcək.

Bu il ölkədə avtomobil benzini və dizel yanacağının qiymətlərinin artımı­nın müəyyən hissəsinin kompensasiya edilməsi məqsədilə 2025-ci ildə dənli və dənli paxlalılar, kartof, tərəvəz və yonca bitkiləri, habelə təkrar əkinlər üzrə əkin subsidiyası artırılıb. Belə ki, şuranın qə­rarına əsasən, çəltiyin əsas və təkrar əkin­ləri üçün hər hektara görə müvafiq olaraq 380 manat və 120 manat subsidiyanın verilməsi nəzərdə tutulub. Müasir suvar­ma sistemləri ilə təchiz olunmuş və bu tip suvarma sistemləri olmayan qarğıdalı sahələrinin hər hektarına görə isə müvafiq olaraq 290 manat və 230 manat əkin sub­sidiyası veriləcək. 2025-ci ilin məhsulu üçün kartof, tərəvəz, bostan bitkiləri əkil­miş və müasir suvarma sistemləri ilə təc­hiz olunmuş sahələrin hər hektarına görə müvafiq olaraq 360 manat, 310 manat və 280 manat subsidiya veriləcək. Müasir suvarma sitemləri olmayan əkin sahələri üzrə isə bu məbləğ müvafiq olaraq 300 manat, 250 manat və 220 manat təşkil edəcək. 

Aqrar Subsidiya Şurası meyvəçilik sahəsinə də dəstəyi getdikcə artırır. Qeyd edək ki, intensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş alma, armud, gilas, albalı, gavalı, şaftalı (nekta­rin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd və badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar, xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd, limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd, qoz bitkisi üzrə 1 hektara mi­nimum 238 ədəd, əzgil, zoğal, iydə, ən­cir, zeytun və digər bitkilər üzrə 1 hek­tara minimum 330 ədəd tingin əkildiyi bağlar, fındıq bitkisi üzrə isə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar daxildir. Subsidiya veriləcək digər mey­və bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib. Şuranın qərarına əsasən, 2024-cü ilin sentyabrın 1-dən dekabrın 31-dək intensiv fındıq, nar və zeytun bağ­larının hər hektarına görə müvafiq olaraq 4400 manat, 3000 manat və 5600 manat məbləğində əkin subsidiyası veriləcək.

Yeri gəlmişkən, bu ildən əkin subsidi­yası veriləcək meyvə bağlarının siyahısı­na qoz, alma, armud, gilas, püstə, xurma (xirnik), badam, qarağat, böyürtkən və qaragilə (mavigilə) də əlavə edilib. Ölkə­nin ayrı-ayrı bölgələrində müasir suvar­ma sistemləri əsasında yetişdirilmiş yeni meyvə bağlarının hər hektarı üçün isə 3 min manatdan 15 min manatadək əkin subsidiyasının verilməsi nəzərdə tutulur. 

Bu ildən kənd təsərrüfatı bitkiləri üzrə məhsul subsidiyasının siyahısı da geniş­ləndirilib. Aqrar Subsidiya Şurasının qə­rarına əsasən, 2025-ci ildə pambıq, şəkər çuğunduru, soya və tütün bitkiləri üzrə yalnız məhsul subsidiyası veriləcək. Belə ki, bu il soya üzrə əkin subsidiyası da ləğv edilərək məhsul subsidiyasına keçilir, qarğıdalı və günəbaxan üzrə isə həm əkin, həm də məhsul subsidiyası veriləcək. 2025-ci ildən pambıq, şəkər çuğunduru, tütün və soya üzrə məhsul subsidiyala­rı müasir suvarma sistemlərinin tətbiqi baxımından fərqləndirilib. Fermerlər müasir suvarma sistemləri ilə təchiz olun­muş əkin sahələri üzrə tədarük məntəqələ­rinə təhvil verdikləri pambığın hər tonuna görə 210 manat, Virciniya sortu üzrə yaş tütünün hər tonuna görə 36 manat, quru tütünün hər tonuna görə 220 manat, yaş tütünün hər tonuna görə 22 manat, şəkər çuğundurunun hər tonuna görə isə 19 ma­nat məhsul subsidiyası alacaqlar. Müasir suvarma sistemləri ilə təchiz olunmamış əkin sahələrindən yığılan məhsula görə isə bu məbləğ bir qədər az olacaq.

Ölkəmizdə ərzaqlıq buğda üzrə məh­sul subsidiyasının verilməsi və qiymət fərqinin kompensasiyası üzrə dəstək tədbirləri hazırda da davam etdirilir. “Ərzaqlıq buğda ilə özünütəminetmə sə­viyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2022-ci il 19 iyul tarixli fərmanının 5-ci hissəsinə müva­fiq olaraq 2024-cü ildə məhsul tədarükü dövründə hər ay üzrə təhvil verilən ər­zaqlıq buğdaya görə məhsul subsidiyası­nın məbləği, Aqrar Subsidiya Şurasının bitkiçilik sahəsində 2024-cü il üzrə bit­kilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvo­talarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair 2023-cü il 24 avqust ta­rixli qərarı ilə müəyyən edilmiş məhsul subsidiyasının məbləği (hər ton üçün 100 manat) ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli sərəncamı ilə müəyyən edilmiş ər­zaqlıq buğdanın dövlət tədarük qiyməti (hər ton üçün 400 manat) ilə Azərbaycan Respublikasının Dövlət Statistika Ko­mitəsi tərəfindən hər ay üçün elan edilən ərzaqlıq buğdanın idxal qiymətinin orta statistik göstəricisi arasındakı fərqin (orta idxal statistik göstərici dövlət tə­darük qiymətindən aşağı olduqda) cəmi kimi müəyyən edilib.

İqtisadiyyat