Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yanvar-avqust ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 9,6 faiz azalıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu xəbər verir ki, AÇG yatağından bu ilin əvvəlindən sentyabrın 1-i tarixinə 4 milyard 271,6 milyon dollar gəlir əldə olunub.
Ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 728 milyon dollar gəlir əldə edilmişdi.