Naxçıvanda əmək yarmarkası

post-img

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 50-dən çox işəgötürənin iştirakı ilə əmək yarmarkası keçirilib.

Yarmarkada Naxçıvan Muxtar Res­publikası əmək və əhalinin sosial müda­fiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə yarmarkanın açılışı münasibə­tilə iştirakçıları təbrik edib, çoxsaylı iş yeri təklifinin əhalinin məşğulluq problemlə­rinin həllində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, muxtar respubli­kada işaxtaran şəxslərin məşğulluqlarının təmin edilməsi, o cümlədən əmək bazarın­da rəqabətə davamlılığın artırılması, kadr potensialının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan gənclərlə ya­naşı, xüsusi ixtisası və ya peşəsi olmayan əmək qabiliyyətli şəxslərin məşğulluğu­nun təmin edilməsi də mühüm əhəmiyyət daşıyır. Əmək yarmarkaları bu kateqori­yadan olan şəxslərin işlə təmin olunması istiqamətində vacib məşğulluq tədbirlərin­dən biridir. 

Qeyd edək ki, yarmarkada 30-dan ar­tıq dövlət, 20-dən artıq özəl müəssisə­dən, ümumilikdə, 350-dən çox vakansiya yarmarkada işsiz və işaxtaran vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

Yarmarkada, həmçinin işsiz və işax­taran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, mü­raciət edən şəxslərlə ilkin sorğular aparılıb.

Səbuhi HƏSƏNOV
XQ

İqtisadiyyat