Özbəkistanla aqrar sahədə əməkdaşlıq genişlənir

post-img

Özbəkistanın “Tukımachı Sanoat Tekstıl” MMC Azərbaycanda təsis etdi­yi “TST Textile Group” şirkəti Azərbaycanda pambıqçılıq klasteri layihəsinin icrasına başlayıb. Bu məqsədlə şirkətə İmişli rayonunda 5 min hektar torpaq sahəsi ayrılıb. Müasir pambıqçılıq təsərrüfatı, pambıq emalı, iplik, toxucu­luq, tikiş və yağ istehsalı müəssisələrinin daxil olduğu pambıqçılıq klasterinin yaradılması layihəsinin ilkin investisiya həcmi, təxminən, 90 milyon manatdır. 

Bununla yanaşı, Füzulidə 100 hektar ərazidə “Özbəkistan–Azərbaycan Dostluq Bağları” layihəsi icra ediləcək. Özbəkistan tərəfindən “Uzgreenagro” LLC (MMC) və Azərbaycan “Zəfər Bağları” MMC-nin birgə təsis etməyi planlaşdırdığı “Özbəkis­tan–Azərbaycan Dostluq Bağları” MMC tərəfindən həyata keçiriləcək. Layihəyə 5 milyon manatadək vəsaitin investisiya olunması nəzərdə tutulur. Bu vəsaitin 50 faizini Özbəkistan, 50 faizini isə Azərbay­can yatıracaq.

Bağda müxtəlif növ meyvə ağacları, o cümlədən Özbəkistandan gətirilmə ting­lərin əkilməsi nəzərdə tutulur. Layihənin növbəti mərhələsində bağların genişləndi­rilməsi və məhsulların dərin emalının qu­rulması planlaşdırılır. Həmçinin gələcək­də istehsalatın genişlənməsi çərçivəsində digər yeni fəaliyyət sahələri də yaradıla bilər. Bağçılıq fəaliyyəti nəticəsində əldə olunan məhsulların ilkin olaraq Azərbay­can və Özbəkistan bazarına çıxarılması, daha sonra digər bazarlara birgə ixracı planlaşdırılır.

İqtisadiyyat