Xarici ticarət dövriyyəmiz BMT-də nikbinlik doğurur

post-img

2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti 16 milyard dolları ötəcək. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal iqti­sadiyyatla bağlı hesabatında bildirilib.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin analitiklərinin proqnozla­rına görə, bu il üzrə Azərbaycanın ümumi ixrac həcmi 33 milyard 899 milyon dollar, idxalı isə 17 milyard 278 milyon dollar təşkil edəcək. Beləliklə, xarici ticarət ba­lansında 16 milyard 620 milyon dollarlıq profisit yaranacaq.

Xatırladaq ki, Dövlət Gömrük Komitə­sinin açıqladığı rəqəmlərə əsasən, 2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyə­sinin müsbət saldosu 16 milyard 613 mil­yon dollar təşkil edib.

İqtisadiyyat