İnvestorların istiqraz borcları ödənilib

post-img

Cari ilin I yarımilində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

Maliyyə Nazirliyinin “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”inə daha sonra bildirilir ki, hesa­bat dövründə investorlara 170 milyon ma­nat məbləğində faiz və diskont ödənişləri də həyata keçirilib.

İqtisadiyyat