Ölkəmizdə “Sığorta festivalı”

post-img

Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində ölkə­mizdə sayca ikinci dəfə keçirilən “Sığorta festivalı”na bu gün start verilib.

2021-ci ildən ölkə əhalisinin sığorta savadlılığının artırılması məqsə­dilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində çoxşaxəli tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də ölkəmizdə ikinci dəfə keçirilən “Sığorta festivalı” layihəsidir.

Ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunan festival sentyabr ayının 7-dək respublikamızın 5 şəhərində – Bakı, Naxçı­van, Sumqayıt, Lənkəran və Gəncə şəhərlərində keçiriləcək. Tədbir çərçi­vəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proq­ramlar və hədiyyəli yarışmaların müşayiəti ilə aparılacaq.

Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xid­mətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.

İqtisadiyyat