Neft məhsulları ixracı 8 faiz çoxalıb

post-img

Cari ilin ikinci rübündə Dövlət Neft Şirkəti (SOCAR) 1,5 milyon tondan çox neft, 862 milyon kubmetrdən çox qaz emal edib.

Bu  barədə SOCAR-ın cari ilin ikinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərində bildirilib. Məlumatda emal olunan qaz həcmlərinin 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artdığı, neft həcmlərinin isə 1,8 faiz azaldığı qeyd edilib.   

SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 659 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 8 faiz artıb.

İqtisadiyyat