İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Rusiyanın “Himtek Engineering” ASC arasında Anlaşma Memorandumu imzalanıb.
İZİA-dan aldığımız məlumata görə, memorandum İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “Himtek Engineering” ASC-nin baş direktoru Sergey Luqovskoy tərəfindən imzalanıb.
Sənədə əsasən, “Himtek Engineering” ASC Sumqayıt Kimya Sənaye Parkının ərazisində kimyəvi məhsulların istehsalı layihəsini həyata keçirəcək. 100 milyon dollarlıq layihənin reallaşacağı təqdirdə isə müəssisədə 100 nəfərlik daimi iş yeri açılacaq.
İllik istehsal gücü 15 min ton təşkil edəcək müəssisənin buraxacağı məhsulların Azərbaycanda satılması ilə yanaşı, Rusiyaya ixrac edilməsi də planlaşdırılır.