Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2050-ci ilə qədər qlobal miqyaslı əməliyyatlarında enerji təhlükəsizliyi və dayanıqlılığına zəmanət verən milli enerji şirkətinə çevrilməyi planlaşdırır. Bunu şirkətin Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı “SOCAR-ın dekarbonizasiya strategiyası və gələcək perspektivlər” mövzusunda təqdimatla çıxışı zamanı bildirib.
Enerji keçidinin SOCAR-ın prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit olunduğunu vurğulayan departament rəisi qurumun “yaşıl” gündəlik üzrə götürdüyü öhdəliklər, bu istiqamətdə həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. SOCAR-ın dekarbonizasiya proqramı barədə danışan departament rəsi deyib ki, şirkət, ilk növbədə, öz emissiyalarını ölçmək niyyətindədir. Hazırda bu prosesin ən çətin yerlərdə uğurla davam etdirildiyin vurğulayan M. Qurbanlının sözləriinə görə, dekarbonizasiya proqramı çərçivəsində həmin emissiyaların azaldılması təmin ediləcək.
Bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətində neft-qaz şirkətindən enerji korporasiyasına çevrilmək üçün 1 il yarımdan artıq müddət ərzində transformasiya prosesi davam edib.
SOCAR-ın elan etdiyi orta və uzunmüddətli perspektivdə dekarbonizasiya məqsədləri barədə məlumat verən M. Qurbanlı 2050-ci ildə bütün əməliyyatlarda “Xalis sıfır”a çatmasının şirkətin əsas hədəflərindən olduğunu diqqətə çatdırıb. Departament rəisi, həmçinin ölkəmizdə bərpaolunan enerji mənbələrinin genişləndirilməsi strategiyasına uyğun olaraq SOCAR tərəfindən tərəfdaş şirkətlərlə birgə bir sıra layihələr üzrə işlərin uğurla davam etdirildiyini bildirib.
Qeyd olunub ki, SOCAR istixana qazlarının emissiya göstəricilərinin, karbon dioksid və metan emissiyalarının azaldılması üzrə real addımların öyrənilməsinə və şirkətin “yaşıl layihə”lər portfelinin qiymətləndirilməsinə əsasən 2050-ci ilədək mərhələli dekarbonizasiya proqramı hazırlayıb. “Bununla bağlı SOCAR öz emissiyalarında ölçmələr həyata keçirir. Dekarbonizasiya mərhələsində azalmanı təmin etməyi hədəfləmişik. SOCAR-da yeni seqmentlər yaradılıb, yeni bizneslərin yaradılması istiqamətində işlər görülür. Külək, günəş, “yaşıl hidrogen” məsələləri araşdırılır”, – deyə o əlavə edib. Onun dediyinə görə, şirkət 2030-cu ilədək qazın məşəldə yandırılmasını tamamilə dayandırmağı, hasilatda istixana qazlarının emissiyasını 2022-ci ilin göstəricisi ilə müqayisədə 30 faiz azaltmağı, 2050-ci ildə isə “Xalis sıfır” səviyyəsinə çatdırmağı planlaşdırır.
tən müddətdə SOCAR-da yeni bizneslərin yaradılması istiqmətində işlərin görüldüyünü xatırladan M. Qurbanlı deyib ki, hazırda aşağı karbonlu bizneslərdən sayılan külək, günəş, hidrogen enerjisi, eləcə də digər istiqamətlərdə araşdırmalar aparılır. Aşağı karbonlu layihələrin icrası isə bir qədər əvvəl yaradılmış SOCAR REEN şirkəti vasitəsilə həyata keçiriləcək. 2050-ci ilədək metan emissiyalarının azaldılması üzrə böyük işlərin nəzərdə tutulduğunu bildirən M. Qurbanlı bu problemin karbohidrogen hasilatı prosesində xüsusi aktuallıq kəsb etdiyini diqqətə çatdırıb. “Xarici tərəfdaşlarımız, xüsusən ən son texnologiyalardan istifadə yolu ilə qarşıya qoyduğumuz məqsədləri reallaşdırmağımıza imkan yaradır. Bu baxımdan, BP, “TotalEnergies” və “ADNOC” şirkətləri ilə əməkdaşlıq artıq inkişaf edir”, – deyə departament rəisi əlavə edib.
M. Qurbanlı, həmçinin deyib ki, SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və BP 2025-ci ilin sonuna kimi Cəbrayıl rayonunda 240 meqavat gücündə “Şəfəq” ünəş Elektrik Stansiyası layihəsinin həyata keçirilməsini planlaşdırır. Diqqətə çatdırılıb ki, burada istehsal olunacaq elektrik enerjisi virtual olaraq Səngəçal terminalına ötürülürək sözügedən obyektin dekarbonizasiyasının təmin olunmasına öz töhfəsini verəcək.
SOCAR rəsmisi, həmçinin aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpaolunan enerji və “yaşıl hidrogen” layihələri ilə bağlı məlumat verib. Bu baxımdan iyun ayında keçirilən Bakı Enerji Həftəsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə iki meqa layihənin təməlinin qoyulduğu qeyd olunub. Bununla yanaşı, “Masdar” və Səudiyyə Ərəbistanının “Ac a Po er” şirkətləri ilə dənizdə külək enerjisinin istehsalı ilə bağlı anlaşma müqavilələri var. Bütün bu layihələrin SOCAR- REEN şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyi bildirilib.
Azərbaycan Dövlət Neft Şirkətinin karbon kreditləri sahəsində reallaşdırdığı layihələrdən bəhs edən Mustafa Qurbanlı bildirib ki, bu proses sızmaların aşkarlanması və aradan qaldırılması çərçivəsində həyata keçirilib. Bunun da nəticəsində əldə edilən azalma həcmləri Almaniya bazarlarında satılaraq SOCAR tərəfindən təkrar “yaşıl layihələr”ə sərmayə kimi cəlb olunub. Ümumilikdə, SOCAR-ın karbon kreditləri ilə bağlı ilk layihəsinin uğurla tamamlandığını vurğulayan departament rəisi hazırda bu sahədə ikinci layihənin həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, layihə çərçivəsində 170-dən çox sızma müəyyən edilib ki, onların da aradan qaldırılması nəticəsində 60 min tondan çox karbon dioksidin emissiyasının azaldılması gözlənilir. Bildirilib ki, ikinci layihədən əldə olunan karbon kreditlərinin Avropada, Almaniya bazarında satışı nəzərdə tutulub. Yeri gəlmişkən, qeyd olunan sahə üzrə Almaniyada qanunvericiliyin dəyişdiyini diqqətə çatdıran departament rəisi bildirib ki, yeni tələblər müəyyənləşdirilib və layihə bunlara uyğun olaraq təkmilləşdiriləcək.