BMU tələbələri “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın qalibi olublar

post-img

Bakı Mühəndislik Universitetinin (BMU) “İnformasiya təhlükəsizliyi” ixtisasının tələbəsi Aysun Eyyubova və “Kompüter mühəndisliyi” ixtisasının tələbəsi Aysun Cəfərova “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in qalibləri sırasında yer alıblar.

Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə həyata keçirilir. Təqaüd proqramının  təqdimat mərasimində qalib tələbələrə təltiflər təqdim olunub.

Bu tədris ilində proqramdan ümumilikdə 93 tələbə qız yararlanacaq. 

2021-ci ildən həyata keçirilən təqaüd proqramı qızların təhsil imkanlarının genişləndirilməsinə, onların elmi, sosial və ictimai həyatda daha fəal iştirakına töhfə vermək məqsədi daşıyır. 

M.Kamal
XQ





Təhsil