Şəhid ailələrinin üzvləri və əlilliyi olan şəxslərdən ibarət daha 67 nəfər sanatoriya-kurort mərkəzinə yola salınıb

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 67 nəfər yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort mərkəzinə göndərilib.

Onlar şəhid ailəsi üzvləri və əlilliyi müəyyən edilmiş şəxslərdir. Əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Yollayışla təmin olunanlar “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcəklər.

Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövründə 1200 nəfəri şəhid ailələrinin üzvləri olan 14 min imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.

M.Kamal
XQ









Sosial həyat