Güllə atıcılığı “Zəfər Kuboku 2025” qalibləri müəyyənləşib

post-img

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan “Zəfər Kuboku 2025” güllə atıcılığı turniri keçirilib.

Yarışlarda Azərbaycan, Belarus və Gürcüstanı təmsil edən ümumilikdə 100-dən çox idmançı Kubok uğrunda mübarizə aparıb. 

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qadınlar arasında keçirilən yarışda  Nikol Kurylenak 1-ci, Darya Chuprys 2-ci (hər ikisi Belarus), Əfsanə Elvina (Azərbaycan) 3-cü yeri tutub.
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında keçirilən yarışı təmsilçilərimiz Ruslan Qəhrəmanov 1-ci, Əliməmməd Hüseynov 2-ci, Ramiz Xəlilov 3-cü pillədə başa vurublar.

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qadınlar arasında keçirilən yarışda Nigar Nəsirova 1-ci, Liubov Yaskevich və Zoya Dasko  müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. 
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə kişilər arasında keçirilən yarışda Belarus idmançıları İvan Kazak 1-ci, Uladzislau Dzemesh 2-ci, Vladislav Kalmıkov isə 3-cü yerə layiq görülüb.

10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışında mükafatların 3-nü də Azərbaycan idmançıları qazanıb. Elvina Əfsanə / Zahid Sofiyev 1-ci, Aynur Mahmudova / Ruslan Qəhrəmanov 2-ci, Vəfa Zeynalova / Əliməmməd Hüseynov isə 3-cü olub.

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışının qalibləri Belarus idmanşıları Dasko Zoya / Krautsou Yury 1-ci, Piatrova Aliaksandra / Dzemesh Uladzislau 2-ci, gürcüstanlı Prodiashvili Mariami / Mumladze Giorgi isə 3-cü yeri tutub.

Qabil Yusifoğlu
XQ











İdman