Cəbrayılda da Günəşdən enerji alınacaq

post-img

Nazirlər Kabineti Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar verib.

Qərara əsasən, Şərqi Zəngəzur iqti­sadi rayonuna daxil olan Cəbrayıl rayo­nunun inzibati ərazisində dövlət mülkiy­yətinə aid iki hissədən ibarət 940 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpaolunan enerji mənbələ­rinin ərazisi kimi müəyyən edilib.

Energetika Nazirliyi müəyyən edil­miş bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısı­nın seçilməsi ilə bağlı tədbirləri Azər­baycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “Bərpaolunan enerji mən­bələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata keçirməlidir.

Bu qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpaolunan enerji mənbələrinin əra­zisi kimi müəyyən edilmiş 940 hek­tar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpaolunan ener­ji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uy­ğun olaraq alınır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə ti­kintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

XQ

İqtisadiyyat