Çində 5-ci ticarət evimiz açılır

post-img

Azərbaycan məhsulları və mətbəxinin təqdim olunduğu ölkələr sırasında xüsusi yer tutan Çində respublikamızın 5 ticarət evi fəaliyyət göstərir. Bu müəssisələr “Made in Azerbaijan” brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların Çin bazarında daha çox tanıdılmasında, eləcə də Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsində önəmli rol oynayır. 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən bildirilib ki, mayın 15-də Çinin Nankin şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkə­mizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə daha bir Azər­baycan Ticarət Evinin açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində ticarət evləri, Şanxay, Harbin, Ci­nan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi fəaliyyət göstərir.

XQ

İqtisadiyyat