4 ayda neft-kondensat ixracı – 8 milyon ton

post-img

Operativ məlumatlara əsasən, bu ilin yanvar–aprel aylarında Azərbaycanda neft-kondensat hasilatı 9,6 milyon ton, ixracı isə 7,9 milyon ton olub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu dövrdə 500 milyon kubmetr artım­la hasil edilmiş 16,7 milyard kubmetr təbii qazın isə 8,5 milyard kubmetri ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə “Azəri-Çı­raq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz”yatağından çıxarılan kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türk­mənistan və Qazaxıstan neft də nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəmə­ri (Bakı–Tbilisi–Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı–Tbilisi–Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

XQ

İqtisadiyyat