Aktau–Bakı marşrutunda konteyner rekordu

post-img

Bu ilin ilk 4 ayında Qazaxıstanın “Kazmortransflot” milli gəmiçilik şirkətinin (“Kazmunayqaz”ın törəmə müəssisəsi) konteyner gəmiləri Ak­tau-Bakı marşrutu üzrə Xəzər dənizi ilə 100 min tondan çox yük daşıyıb.

Bu barədə “Kazmunayqaz” şirkətin­dən məlumat verilib. Bildirilib ki, aprel ayında sözügedən marşrutla 2850 TEU (təxminən 35 min ton yük), orta hesab­la 2500 TEU (20 fut ekvivalent vahid) yük daşınıb ki, bu da rekor göstərici he­sab olunur. 

Qeyd edək ki, şirkətin konteyner gə­miləri bu istiqamətdə ayda orta hesabla 8-9 gediş-gəliş həyata keçirərək Asiya ilə Avropa arasında əlaqəni təmin edir.

XQ

İqtisadiyyat