180 mindən çox yeni “ASAN İmza”

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən aldığımız məlumatda bildirilir ki, cari ilin ötən 4 ayında vergi ödəyicilərindən daxil olmuş 11 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 4,9 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Bu dövrdə 180 min 527 “ASAN İmza” sertifikatı verilib.

Hesabat dövründə 2 min 261 vergi ödə­yicisinin iştirakı ilə 119 görüş keçirilib, 1887 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1,2 milyondan çox SMS göndərilib.

XQ

İqtisadiyyat