Asiya İnkişaf Bankı ilə tərəfdaşlığın önəmi yüksəlir

post-img

Son illər ölkəmizin maliyyə-bank sisteminin sağlamlaşdırılması və mo­netar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, həmçi­nin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində çoxsaylı layihələr hə­yata keçirilib. Prezident İlham Əliyev 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublika­sının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də bununla bağlı nəzərdə tutulan müəyyən tədbirlərin icrası diqqət mərkəzində saxlanılıb. Respublikada investisiya mühitinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərən məsələlərin həlli, bey­nəlxalq maliyyə institutları ilə əlaqələ­rin genişləndirilməsi də gerçəkləşdiri­lib. 

Asiya İnkişaf Bankı (AİB) bu baxım­dan mühüm əhəmiyyət kəsb edir. Bu maliyyə təşkilatının ölkəmizlə əlaqələri dövlət qurumları ilə yanaşı, həm də özəl sektoru əhatə edir və Azərbaycan hö­kumətinin inkişaf strategiyasına uyğun həyata keçirilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov AİB Mərkəzi və Qərbi Asiya Departa­mentinin baş direktoru Yevgeniy Jukovla görüşündə iqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, AİB-in COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində plan la­yihəsi, həmçinin mümkün tərəfdaşlıq istiqamətləri müzakirə edilib. 

Görüşdə Azərbaycan və AİB arasın­da səmərəli əməkdaşlığın həyata keçi­rilməsi, cari il ölkəmizin bu maliyyə qu­rumu ilə tərəfdaşlığının 25 ilinin tamam olduğu qeyd edilib və tərəflər arasında səmərəli münasibətlərin daha da dərin­ləşməsinin önəmi bildirilib. Bankın ətraf mühit, rəqəmsal inkişaf, dövlət-özəl sek­tor tərəfdaşlığı, enerji, ölkəmizin tran­zit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin maliy­yələşdirilməsində yaxından iştirakı da yüksək qiymətləndirilib.

Söhbət zamanı dövlətə məxsus müəssisələrdə səmərəliliyin artırılması, həmin müəssisələrə özəl investisiyaların cəlb edilməsi məqsədilə görülən tədbirlər barədə məlumat verilib, bu istiqamətdə əməkdaşlıq imkanları nəzərə çatdırılıb.

Maliyyə naziri Samir Şərifov da ölkəmizdə səfərdə olan AİB Mərkəzi və Qərbi Asiya Regional Departamenti­nin Baş direktoru Yevgeni Jukov ilə gö­rüşündə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələ­cək istiqamətləri üzrə məsləhətləşmələr aparıb, ölkədə iqtisadi inkişafın davamlı­lığına və hökumətin prioritetlərinə əsasla­nan layihələr üzrə gələcək kreditləşdirmə proqramları nəzərdən keçirilib. Söhbət zamanı respublikamızın “yaşıl enerji” mənbələrindən istifadənin genişləndiril­məsinin milli enerji siyasətinin yeni priori­tet istiqaməti kimi müəyyənləşdirildiyi və COP29-un Bakıda keçirilməsi qərarının həm də Azərbaycanın bərpaedilən ener­ji siyasətinə qlobal dəstəyin ifadəsi kimi dəyərləndirildiyi bildirilib. 

Yeri gəlmişkən, AİB Azərbaycanla əməkdaşlığında ölkəmizin iqtisadiyyatı­nın şaxələndirilməsi, inklüziv artımın təş­viqi ilə bağlı hər zaman önəmli addımlar atıb. Eyni zamanda, COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təb­rik edib və ölkəmizin “yaşıl inkişaf” gün­dəliyinin əhəmiyyətini yüksək dəyərlən­dirib. Bununla bərabər, AİB-in COP29-la bağlı xüsusilə karbon bazarlarının inkişa­fı sahəsində texniki dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. 

Xatırladaq ki, AİB hazırda ölkəmi­zin nəqliyyat, dəmiryolu və bərpaolunan enerji infrastrukturu layihələrinə böyük maraq göstərir, bu istiqamətdə respubli­kamızın aidiyyəti dövlət qurumları ilə mü­zakirələr aparır. 

AİB-in Azərbaycanla əməkdaşlığın­dan bəhs edərkən onu da bildirək ki, son illər ölkəmizin maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləş­dirilməsi, həmçinin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın möhkəm­ləndirilməsi istiqamətində çoxsaylı la­yihələr həyata keçirilib. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təs­diqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də bununla bağlı nəzərdə tutulan müəyyən tədbirlərin icrası diqqət mərkəzində saxlanılıb. Respublikada in­vestisiya mühitinin daha da yaxşılaşdırıl­masına müsbət təsir göstərən məsələlə­rin həlli, beynəlxalq maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi də gerçək­ləşdirilib. 

Emin BAĞIROV,
iqtisadi şərhçi

AİB-nin ötən illərdəki fəaliyyəti ölkəmizin dövlət qurumları ilə yana­şı, həm də özəl sektoru əhatə edib və Azərbaycan hökumətinin inkişaf strategiyasına uyğun həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən də bankla əməkdaşlıq yüksək qiymət­ləndirilib: “Mən xatırlayıram ki, 5-6 il bundan əvvəl bizim maliyyə dəstəyinə ehtiyacımız olanda Asiya İnkişaf Ban­kı çox tez reaksiya göstərdi və Cənub Qaz Dəhlizi layihəsinə kredit verən ilk böyük beynəlxalq banklar arasında bi­rinci oldu. Bu çox mühüm və vaxtında göstərilən dəstək Azərbaycanın geniş kreditorlar qrupu yaratmasını şərtlən­dirdi. Həqiqətən də bu, mənə çox xoş təsir bağışladı və mən bir daha çox vaxtında göstərilmiş bu dostcasına yanaşmaya görə minnətdarlığımı ifa­də etmək istəyirəm. Biz bunun əmək­daşlığın çox yaxşı əlaməti olduğunu nəzərə aldıq”.

Yeri gəlmişkən, Cənub Qaz Dəh­lizi, eləcə də “Şahdəniz” kimi mühüm layihələr nəinki Azərbaycan, o cümlə­dən Avropa da daxil olmaqla geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıyıb. Bununla yanaşı, bu maliyyə qurumu ölkəmiz­də həyata keçirilən digər infrastruktur layihələrinin, o cümlədən Şimal–Cə­nub dəmir yolu dəhlizi, su təchizatı, yol şəbəkəsinin genişləndirilməsi kimi təşəbbüslərin gerçəkləşdirilməsinə yüksək töhfə verib. 

Onu da deyək ki, AİB-in son illər­dəki geniş portfeli də diqqət çəkir. Su­varma və təhsillə bağlı icra olunacaq müəyyən layihələrin icrası, həmçinin özəl sektor, infrastrukturun inkişa­fı, kiçik və orta müəssisələrə dəstək məsələlərinin həlli ilə əlaqədar gö­rülən işlər də bunun bariz ifadəsidir. 

AİB ilə ölkəmiz bu gün birgə biz­nes əməliyyatları strategiyasını uğurla reallaşdırır. Bu strategiya çərçivəsində beynəlxalq bank Azərbaycanla əlaqə­dar kredit prioritetlərini müəyyənləş­dirməyə çalışır. Eyni zamanda, bank respublikamızla əlaqədar mühüm tex­niki yardım proqramlarında fəal iştirak edir. 

Ümumiyyətlə, AİB Azərbaycanla həyata keçirdiyi layihələrdə qarşıya qoyduğu məqsədləri – insanların hə­yat şəraitinin yaxşılaşdırılması, yox­sulluğun azaldılması, infrastrukturun müasir tələblər səviyyəsinə qaldırıl­ması kimi vəzifələri uğurla yerinə ye­tirir. 

Beynəlxalq maliyyə qurumu ölkə­mizin maliyyə sektorunun inkişafını daha da sürətləndirmək üçün davam­lı layihələr reallaşdırır. Məsələn, bir müddət bundan əvvəl Azərbaycanda real sektoru dəstəkləyən ölkənin apa­rıcı banklarından biri olan “Bank Res­publika” və AİB arasında kredit sazişi imzalanıb. Sazişə əsasən, banka 20 milyon ABŞ dolları ekvivalenti həc­mində milli valyutada irihəcmli kredit ayrılıb. 

Beynəlxalq maliyyə təşkilatı olan AİB 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asiya məkanında, bütövlük­də Şərq ölkələrində iqtisadiyyatın in­kişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin Manila şəhərində yerləşir. AİB-ni maliyyələş­dirən 67 üzv-ölkə var ki, onlardan 48-i Asiya və Sakit Okeanı regionunda yerləşir.

Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankı­na üzvlüyə qəbul olunub. 2004-cü ilin noyabr ayından etibarən isə təşkilatın ölkəmizdə nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın AİB-in səhmlə­rində payı 0,447 faiz təşkil edir.

Ötən müddətdə Azərbaycan Res­publikası AİB-dən ümumi dəyəri təx­minən 5 milyard dollardan çox olan kredit, qrant və texniki yardımlar əldə edib. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçi­liyi və nəqliyyat sahələrinə aiddir. Hö­kumətin Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsinə dəstək ola­raq AİB-in Azərbaycana qısa və orta müddətli yardımı dövlət sektorunun idarə etməsi, nəqliyyat və enerji, elə­cə də şəhər yerlərinin infrastrukturu və özəl sektorun inkişafı sahələrində əməliyyatları ehtiva edəcək.

Azərbaycanla AİB arasında səmərəli əməkdaşlıqdan danışarkən, onu da qeyd etməliyik ki, bank tərəfin­dən ayrılan investisiya əsasən infrast­ruktur sahəsinə yönəldilib. Məsələn, elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol salınması, su və ka­nalizasiya ilə bağlı çoxsaylı layihələrin gerçəkləşdirilməsi bunun bariz ifadə­sidir.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat