Meyvə-tərəvəz ixracı ölkəmizə 100 milyon dollar qazandırıb

post-img

Dövlət Gömrük Komitəsinin he­sablamalarına görə, 2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbay­candan 99 milyon 481 min dollar dəyə­rində 87 min 71 ton meyvə-tərəvəz ixrac olunub.

Məlumata əsasən, keçən ilin yan­var-fevral ayları ilə müqayisədə cari ilin müvafiq dövründə ölkədə ixrac edilən meyvə-tərəvəzin dəyəri 24,6 faiz və ya 19,6 milyon dollar, həcmi isə 28 faiz və ya 19 min ton artıb. 2023-cü ilin ilk 2 ayın­da isə Azərbaycan 79 milyon 851 min dol­lar dəyərində 68 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə ixra­ca yönəldilən meyvə-tərəvəz məhsulları 30 milyon dollar dəyərində tomat (21,7 min ton) , 26,4 milyon dollar dəyərində xurma (33,3 min ton), 22,9 milyon dol­lar dəyərində meşə fındığı (3,8 min ton), 12,1 milyon dollar dəyərində alma (18,3 min ton ), 2,5 milyon dollar dəyərində nar (2,8 min ton), 198 min dollar dəyərində kartof (625 ton) olub.

Əlavə edək ki, cari ilin yanvar-fevral aylarında meyvə-tərəvəzin ümumi ix­racda xüsusi çəkisi 2,08 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,86 faizə bərabər olub.

XQ

İqtisadiyyat