Fermerlərə güzəştli kreditlər artıb

post-img

Cari ilin yanvar–fevral ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2492 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib. Bu da əvvəlki ilin müvafiq göstəricini 5,1 dəfə üstələyir.

Aqrar Tədqiqatlar Mərkəzi­nin hesabatında bildirilir ki, cari ilin ilk iki ayında aqrar sektorda fəaliyyət göstərən 449 fiziki və hüquqi şəxsə 10,5 milyon manat məbləğində texnika və avadanlıq təyinatlı güzəştli kredit verilib. He­sabata əsasən, 2023-cü ilin yan­var-fevral ayları ilə müqayisədə güzəştli kredit alanların sayı 2,7 dəfə (285 nəfər), kredit məbləği isə 2,9 dəfə (6,9 milyon manat) artıb.

XQ

İqtisadiyyat