Orta aylıq əməkhaqqı 942 manatı keçib

post-img

Bu ilin yanvar ayında iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artaraq 942,4 manat olub. Dövlət Statistika Komitəsinin bununla bağlı məlumatında bildirilir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, eləcə də nəqliyyat sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il fevralın 1-i və­ziyyətinə Azərbaycan iqtisadiyyatında muzd­la çalışan işçilərin sayı 1 milyon 725,1 min nəfər olub, onlardan 901,7 min nəfəri iqtisa­diyyatın dövlət sekto­runda, 823,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

XQ

İqtisadiyyat