Kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov Bakı Su Həftəsi Konfransında son 5 ildə təmsil etdiyi qurumun xətti ilə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb.
Bununla yanaşı, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı, elecə də pilot suvarma sistemlərinin qurulması ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub və hazırda bu proqram uğurla davam etdirilir.
Nazir müavini əlavə edib ki, hazırda müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılması məqsədilə fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi qədər güzəşt tətbiq olunur.
XQ