Xorvatiyalı səfir: Turizm əlaqələrimiz Qarabağ bölgəsi ilə daha da güclənəcək

post-img

Azərbaycanla Xorvatiyanın ikitərəfli əməkdaşlığında vacib bir seqment var, bu, iqtisadi əməkdaşlıqdır. Xorvatiya ilə Azərbaycan arasında kifayət qədər böyük ticarət mübadiləsi var. Bu əsasən Azərbaycanın töhfəsi sayəsindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç Bakıda deyib.

"Ölkəmizdəki böyük şirkətlər Qarabağın qurulmasında maraqlıdırlar. Xorvatiya şirkətləri həmçinin Azərbaycan İqtisadiyyat Nazirliyi ilə kiçik su elektrik stansiyaları layihələrini həyata keçirirlər. Azərbaycan böyük su kəmərləri çəkməyi planlaşdırır. İkinci böyük sektor kənd təsərrüfatı sahəsidir. Sonuncusu isə turizmdir. Turizm çox vacib sahədir. Bilirsiniz ki, Xorvatiyanın ÜDM-in 25 faizi turizmdən gəlir. Düşünürəm ki, turizm əlaqələrimiz Azərbaycanın gözəl Qarabağ bölgəsi ilə daha da güclənəcək. Biz də həmrəylik göstərərək turizm sektorunun böyük potensialı və əməkdaşlıq sektorlarını genişləndirməyə çalışacağıq", - deyə xorvatiyalı səfir bildirib.

İqtisadiyyat