Ağdam parkında yeni sənaye müəssisəsi

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında “Ağdağ” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verildiyini bildirib.

Nazir daha sonra qeyd edib ki, şirkət tərəfindən adıçəkilən parkın ərazisində əhəng və perlit istehsalı müəssisəsi ya­radılacaq. İnvestisiya dəyəri 15 milyon manat olan həmin zavodda 100 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tu­tulub.

XQ

İqtisadiyyat