2 ayda 26 min əmək müqaviləsi

post-img

İqtisadiyyat Nazirliyinin məlumatı­na əsasən, cari ilin əvvəlindən əmək müqavilələrinin sayı 26 minədək artıb və bunun 23 mindən çoxu qeyri-neft-qaz özəl sektorunda qeydə alınıb.

Bildirilib ki, qeyri-neft-qaz sek­torunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) mü­vafiq göstəricini 59 min vahid qabaq­layaraq ümumi əmək müqavilələrində 50 faizi keçib. İş yerlərinin rəsmiləşdi­rilməsinin təmin edilməsi istiqamətin­də islahatın başladığı 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər ara­sında bağlanmış əmək müqavilələri­nin sayı 432 mindən çox, qeyri-neft-qaz sektorunun özəl bölməsində isə 381 mindən çox artıb.

XQ

İqtisadiyyat