Əmanət sığortalanması 273 milyon manata yüksəlib

post-img

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) məlumatına görə, qurumun aktivləri 2023-cü il yanvarın 1-nə 566 milyon manat (2022-ci ilin yanvarın 1-i ilə müqayisədə 14 faiz çox) təşkil edib. ADIF-in kapitalı isə 64,4 faiz artaraq 273 milyon manata yüksəlib. 

Qeyd edək ki, ADIF 2007-ci ildə yaradılıb. Fon­dun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisen­ziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.

XQ

İqtisadiyyat