Türkiyə Ticarət Nazirliyinin yaydığı xəbərə görə, 2024-cü ilin yanvar ayında qardaş ölkənin Azərbaycana taxıl, toxum və dənli bitki ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 16,2 faiz artaraq, 13,1 milyon dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son bir il ərzində Türkiyə 12,4 milyard dollar məbləğində taxıl, toxum və dənli bitki ixrac edib.
Xatırladaq ki, keçən il Türkiyənin taxıl, toxum və dənli bitki ixracı 2022-ci illə müqayisədə 8 faiz artaraq, 12,4 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 1,1 milyard dollar məbləğində taxıl, toxum və dənli bitki ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,7 faiz çoxdur.
XQ