Bölgələrdə fermerlərin ehtiyacları öyrənilir

post-img

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının iştirakı ilə Tovuz şəhərində, Bərdə, Balakən və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonlarında sahibkarlarla görüşlər keçirilib.

KOBİA-dan verilən məlumata görə, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrini əhatə edən görüş­lərdə, ümumilikdə, 110-a yaxın sahibkar və fermer işti­rak edib.

Tədbirlərdə sahibkarlar kənd təsərrüfatının müxtə­lif sahələrində mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən subsidiyaların qeydiyyatı, lizinq yolu ilə texnikaların satışı, güzəştli kreditlər, aqrar sığorta barə­də məlumatlandırılıb, əkin sahələrində məhsuldarlığın artırılmasına, təsərrüfatların təbii fəlakətlərdən ziyan çəkməməsi üçün qabaqlayıcı tədbirlərə, fermerlərin çə­tinliklərinə və təkliflərinə dair fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

XQ

İqtisadiyyat