Özəlləşdirmədən büdcəyə bu il 130 milyon manat daxil olub

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən aldığımız məlumata görə, cari ilin yanvar–oktyabr aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 130 milyon manatın ödənilməsi təmin edilib. 

Məlumatda bildirilir ki, hesabat dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 49 hərrac keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 14 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 443 nəqliyyat vasitəsi özəlləşdirilib. Bundan başqa 10 ayda hərraca çıxa­rılan dövlət əmlakı üzrə 275 elektron sifariş qəbul edilib, hərraclarda iştirak məqsədilə 59 onlayn qoşulma reallaşıb.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və tor­paq sahələrinin) icarəsindən bu ilin 10 ayı ərzində dövlət büdcəsinə 27,2 milyon manat ödənib. İcarədən daxilolma­lar isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb.

XQ

İqtisadiyyat