“Ümid” yatağı “mavi yanacaq” xəzinəsidir

post-img

Ötən 12 ildə buradan 8,2 milyard kubmetr qaz çıxarılıb

2012-ci ildə istismara verilmiş “Ümid”qaz-kondensat yatağından indiyədək, təqribən, 8,2 milyard kubmetr qaz və 1,3 milyon tona yaxın kondensat hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, hazır­da yataqdan sutkada orta hesabla 6,7 milyon kubmetr qaz və 800 tondan artıq kondensat çıxarılır. Yatağın ehtiyatları isə 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. 

“Ümid" yatağı 2010-cu il noyabrın 24-də kəşf edilib. Bu, Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfin­dən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. “Ümid” perspektivli struktur kimi isə 1953-cü ildə Azərbay­can geoloqları tərəfindən aparılan kəşfiyyat işləri zamanı müəyyən edilib.

Qeyd edək ki, Xəzər dənizi akvatoriyasında, Bakı şəhərindən 75 km cənubda yerləşən “Ümid” yatağının sahəsi 45 kvadratkilometr, strukturun ərazisində dənizin dərinliyi isə 40-60 metr təşkil edir. 

XQ

İqtisadiyyat