Sığorta bazarı 28 faiz böyüyüb

post-img

Mərkəzi Bankın məlumatına əsasən, cari ilin yanvar–oktyabr aylarında ölkəmizdəki 20 sığorta şirkətinin xətti ilə 1 milyard 19,745 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 27,8 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 455 mil­yon milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,6 faiz çoxdur.

10 ay ərzində sığorta bazarın­da toplanmış hər 100 manat sı­ğorta haqqının 44,6 manatı ödə­niş edilib. Ötən ilin eyni dövründə bu göstərici 45 manat olub.

XQ

İqtisadiyyat