Yeni iş yerlərinin 93 faizi özəl sektorun payına düşür

post-img

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2023”də çıxışı zamanı bildirib ki, yanvar–sentyabr aylarında respublikada açılan yeni iş yerlərinin 93 faizi özəl sektorda yaradılıb.

T.Mirkişili əlavə edib ki, iqtisadi artım qabaqcıl və səmərəli özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılma­lı, qeyri-neft sektorunun maliyyələşmə­sində özəl sektorun payı artırılmalıdır. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məş­ğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcə­də yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata ke­çirilməlidir. 

O, bütün bunlarla bərabər, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərə­sinin artırılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması zəruriliyini də diqqətə çatdırıb. 

XQ

İqtisadiyyat