BTC ilə 25 milyon ton neft ötürülüb

post-img

Dövlət Statistika Komitəsindən bildirilir ki, magistral neft kəmərləri ilə 33 milyon 108 min ton neft nəql edilib. Nəqletmənin 76 faizi Bakı–Tbilisi–Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin 10 ayı ərzində bu kəmər vasitəsilə 25 milyon 172 min ton neft ötürülüb.

10 ay ərzində BTC kəməri ilə ötü­rülən neftin 83 faizini və ya 20 milyon 902 min tonunu Azərbaycanda hasil olunan neft, 17 faizini və ya 4 milyon 270 min tonunu isə Türkmənistan və Qa­zaxıstandan daxil olan neft təşkil edib. 

Magistral qaz kəmərləri ilə 3 milyard 297 milyon kubmetr qaz nəql olunub və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faiz artım qeydə alınıb. Qazın nəqlinin 55 faizi Bakı–Tbilisi–Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 18 milyard 210 milyon kub­metr qaz ötürülüb.

Bu ilin 9 ayında nəqliyyat dəhlizlərin­də daşınan yüklərin həcmi isə 245 mil­yon 57 min ton olub. Yüklərin 111 milyon 40 min tonu və ya 45,4 faizi dəmir yolu nəqliyyatı, 6 milyon 908 min tonu və ya 28,1 faizi avtomobil nəqliyyatı, 6 milyon 509 min tonu və ya 26,5 faizi dəniz nəq­liyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınan yüklərin 57,5 faizini və ya 141 milyon 27,1 min tonunu tranzit yüklər təşkil edib.

XQ

İqtisadiyyat