Qeyri-neft ixracında artım davam edir

post-img

Cari  ilin yanvar-oktyabr aylarında Azərbaycandan 2 milyard 712,5 milyon dollar dəyərində qeyri-neft maları ixrac olunub.

 İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur. Məlumatda bildirilir ki, təkcə oktyabr  ayında ölkəmiz dünya bazarına 278,2 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da əvvəlki ilin oktyabr ayı ilə müqayisədə 15,4 faiz çoxdur. 

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon dollara bərabər olub.

XQ

 

İqtisadiyyat